Təsvir
Septanest with Adrenaline – tərkibində artikain 4% və adrenalin (epinefrin) olan yerli stomatoloji keyidici preparatdır. Stomatoloji müalicə və cərrahi prosedurlar zamanı ağrısızlaşdırma üçün istifadə olunur.
Tərkibi: Artikain 40 mq/ml + adrenalin (epinefrin )
Təsirin başlanması: 1–3 dəqiqə.
İstifadə sahələri: İnfiltrasiya və keçirici anesteziya, diş çəkilməsi, kariyes boşluqlarının hazırlanması, protez öncəsi hazırlıq və digər stomatoloji müdaxilələr.
Üstünlükləri: Sürətli təsir göstərir, sümük toxumasına yaxşı nüfuz edir və etibarlı anesteziya təmin edir.