Təsvir
Pyrax EDTA Endogel
Pyrax Endocanal Gel (EDTA) – kök kanalının mexaniki və kimyəvi hazırlanması zamanı istifadə olunan EDTA əsaslı gel şəklində xelatlaşdırıcı vasitədir. Kanalın genişləndirilməsi, kalsifikasiya olunmuş kanalların açılması və endodontik alətlərin daha rahat hərəkət etməsi üçün nəzərdə tutulmuşdur.
Tərkibi
17% Disodium EDTA
Karbamid peroksid
Polisorbat
Təmizlənmiş su və köməkçi maddələr
İstifadə sahələri
Kök kanallarının mexaniki və kimyəvi təmizlənməsi
Kalsifikasiya olunmuş kanalların aşkar edilməsi və açılması
Kanal alətlərinin lubrikasiyası
Smear layer-in aradan qaldırılmasına kömək
Endodontik preparasiya zamanı kanalın genişləndirilməsi
Üstünlükləri
Kanal daxilində sürüşkənlik yaradır və faylların hərəkətini asanlaşdırır.
Kalsium duzlarını xelatlaşdıraraq sərt toxumaların yumşalmasına kömək edir.
Natrium hipoxloritlə təmasda köpüklənmə effekti yaradaraq debrislərin çıxarılmasını asanlaşdırır.
Kanal divarlarının daha effektiv təmizlənməsinə kömək edir.
Qablaşdırma
2 × 3 q şpris
Tətbiq ucları (applicator tips) ilə birlikdə təqdim olunur.