Haqqımızda

Azərbaycanda ilk dəfə olaraq Dentalshop.az internet mağaza saytı vasitəsi ilə hər növ stomatoloji material və avadanlıqların satışını Sizin xidmətinizə təqdim edirik. İnternet mağazada stomatoloji materialları və avadanlıqları sifariş etməklə, Siz öz dəyərli vaxtınıza və büdcənizə qənaət etmiş olacaqsınız. Həmçinin saytımızdan yararlanaraq Siz stomatoloji yeniliklər barəsində məlumatlar əldə edə bilərsiniz.

Hər gün 24 saat ərzində istənilən sifarişinizi edə bilərsiniz. Sizin sifarişiniz, sifariş etdiyiniz gün ərzində və ya Sizin üçün müvafiq istənilən gündə ünvanınıza çatdırılacaq. Bu barədə Sizinlə telefon əlaqəsi saxlayan operatorla razılığa gələ bilərsiniz. 

Sifarişi necə etmək lazımdır?

Telefonla zəng edərək

(012) 408 45 04
Mob.: (050) 511 51 41 (070) 511 51 41

WhatsApp-la yazaraq

+994 50 511 51 41
+994 70 511 51 41

Saytdan sifariş

Bunun üçün istədiyiniz məhsulu seçin, səbətə əlavə edin və səbətinizə daxil olub ödəniş üsullarından birini seçərək sifariş verin.

Şərtlər və Qaydalar
Diqqət! Xahiş olunur, bu veb-saytdan (bundan sonra “Veb-sayt”) istifadə etməzdən öncə “Şərtlər və Qaydalar” (bundan sonra ismin müvafiq halında “Qaydalar”) ilə ətraflı tanış olun. Əgər şərtlərlə razı deyilsinizsə, Veb-saytı tərk edə bilərsiniz. Əks halda Veb-saytdakı ziyarətiniz və edəcəyiniz hər bir hərəkət Qaydalardakı şərtlərlə bütünlüklə razı olduğunuz anlamına gələcək.

Bu Veb-sayt, ümumilikdə, müəllif hüquqları və əmtəə nişanları ilə qorunur.

Hörmətlə,

Dentalshop.az

Hörmətli istifadəçi (bundan sonra bəzən ismin müvafiq halında “Siz”)!

  1. Veb-sayt daxilində olan məhsullar müştərilərə bağlı formada təhvil verilir.
  2. Müştəri tərəfindən zədələnmiş məhsullara görə mağaza məsuliyyət daşımır.
  3. İstehsalçı tərəfindən yaranmış qüsur olduğu halda, məhsulu zədələməməl şərti ilə 14 gün ərzində məhsul geri qaytarılır və ödəmə müştəriyə qaytarılır. Məhsulda müştəri tərəfindən hər-hansı zədə və ya 14 gündən artıq vaxt keçdiri müddətdə məhsul geri qaytarılmır.
  4. Bu Veb-saytda yerləşdirilən bütün məlumatlar, sənədlər, o cümlədən bu Veb-saytın dizaynı, tərtibatı, görünüşü və grafikləri, həmçinin bütün digər materiallar üzərində hüquqlar müstəsna olaraq Bizə məxsusdur. Belə məlumatlar, sənədlər, materiallar Bizim bilavasitə və aşkar yazılı razılığımız olmadan hər hansı formada yüklənə, sürəti çıxarıla, yayıla, yenidən dərc edilə, çoxaldıla, nümayiş etdirilə, elan oluna və ya ötürülə bilməz.
  5. Bu Veb-saytda olan hər hansı məlumatların və ya materialların istifadəsi ilə bağlı bütün risklər Sizin öz üzərinizdədir və buna görə Biz heç bir məsuliyyət daşımırıq. Bu Veb-saytda yerləşdirilən hər hansı məlumatın xüsusi tələblərinizə cavab verəcəyindən əmin olmaq sizin məsuliyyətinizdir.
Keçidlərə klikləməklə daxil olduğunuz saytda qarşınıza çıxacaq məlumatlara və materiallara Biz nəzarət etmirik və onlara görə heç bir məsuliyyət daşımırıq. Müvafiq saytlara dair keçidlərin yerləşdirilməsi, hələ Bizim həmin saytlarla əməkdaşlıq etməyimiz, onlarla aramızda bu və ya digər əlaqənin olması anlamına gəlməməli, tərəfimizdən həmin saytlardakı malların, işlərin, xidmətlərin, elan və çağırışların və bütün digər materialların təşviqi, yaxud reklamı kimi başa düşülməməlidir. Sözügedən keçidlər vasitəsi ilə müvafiq saytlara daxil olmaq imkanının mövcud olması, hələ Bizim həmin sayt barəsində müəlliflik, əqli mülkiyyət və digər əlaqəli hüquqlara müdaxilə etməyimiz, onları məhdudlaşdırmağımız və ya mənimsəməyimiz kimi təfsir edilə bilməz. Belə yerli və ya xarici saytlar vasitəsi ilə Sizin şəxsi məlumatlarınızın yayılmasına görə Biz heç bir məsuliyyət daşımırıq.

Siz, bu Veb-saytın və ya burada keçidi verilmiş hər hansı başqa saytın istifadəsi ilə əlaqədar yaranan və ya yaranması iddia olunan zərər və ya ziyana görə bizim birbaşa və ya dolayısı ilə məsuliyyət və ya cavabdehlik daşımayacağımızı qəbul edir, bununla razılaşırsınız. Biz, bu Veb-saytdan və ya bu Veb-saytda verilmiş keçidə daxil olmaqla digər veb-saytdan istifadə etməyiniz nəticəsində (habelə hər hansı materialı yükləməyiniz nəticəsində) sizin kompüter avadanlıqlarınıza, mobil cihazlarınıza və bu qəbildən olan bütün digər avadanlıqlarınıza sızmış viruslar və ya texnoloji cəhətdən digər zərərli materiallar tərəfindən dəyən hər hansı zərər və ya ziyana görə məsuliyyət daşımırıq.

Bu Veb-sayt vasitəsilə Sizə iştirakçıların hüquq bərabərliyi, iştirakçıların iradə sərbəstliyi, iştirakçıların əmlak müstəqilliyi, mülkiyyətin toxunulmazlığı, müqavilə azadlığı, sahibkarlıq fəaliyyətinin maneəsiz həyata keçirilməsi, azad və ədalətli rəqabət, malların, xidmətlərin və maliyyə vəsaitlərinin sərbəst hərəkəti, hüquqların məhkəmədə müdafiəsinə təminat verilməsi prinsiplərini rəhbər tutmaqla, “Elektron ticarət haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq elektron ticarət etmək imkanı təklif olunur. Bu Veb-sayt vasitəsi ilə Siz elektron ticarət etməklə mülki dövriyyəsi qadağan edilməyən və Dentalshop.az mağazasında satışı həyata keçirilən malları əldə edə bilərsiniz.

Veb-saytımızın inkişafının və əlçatanlığının təmin edilməsində öz töhvənizi vermək kimi bir niyyətiniz olarsa, o zaman Siz könüllü olaraq bu Qaydalarda göstərilən elektron poçt vasitəsi ilə Bizə müxtəlif mətnlər, şəkillər, səslər, proqramlar və ya başqa məlumatlar (materiallar) göndərə bilərsiniz. Bu tip elektron maili göndərməklə Siz təqdim etdiyiniz müvafiq mətnlər, məlumatlar və materiallardan tam həcmdə və öz iradəmiz daxilində istifadə etmək hüququnu Bizə ötürmüş olursunuz. Həmçinin Siz təminat verirsiniz ki, bu mətnlər, məlumatlar və materiallar qanunidir, qanuni yolla əldə edilmişdir və digər şəxslərə ziyan vura bilməz.

Belə mətnlərə, məlumatlara və materiallara dair Biz konfidensiallıq öhdəliyi daşımırıq. İntellektual mülkiyyət hüququnu pozan, böhtan, hədə, yoxlanılmamış, yanlışlığa, cəmiyyətə və dövlətə qarşı açıq çağırışlara sövq edən, təhqiramiz, nalayiq, skandal, təhrikçi, pornoqrafik xarakter daşıyan, şəxslərin şərəf və ləyaqətinə, işgüzar nüfuzuna xələl yetirən məlumat və materialların və ya Azərbaycan Respublikasının qanunvericiliyini pozan və qanunsuz davranışa səbəb olan və yaxud təhrik edən bu kimi başqa məlumat və materialların yerləşdirilməsi və ya verilməsi məqsədilə bu Veb-saytdan istifadə etmək qəti qadağandır. Bu kimi neqativ hallar baş verərsə, tərəfimizdən dərhal müvafiq hüquq-mühafizə orqanlarına məlumat veriləcəkdir.

Bu Veb-saytdan istifadə ilə əlaqədar yaranan münasibətlərə Azərbaycan Respublikasının qanunvericiliyi tətbiq olunur.